Dərman preparatları
Belfarma
Elektrolitlər
INJ
Rumisol
Kənd təsərrüfatı heyvanlarında həzmin və su-duz balansının normallaşdırılması üçün nəzərdə tutulmuş yem əlavəsi
• Orqan və toxumaların hüceyrələrində osmotik təzyiqin saxlanılması
• Orqanizmin su itirməsinin qarşısının alınması
• Cavan heyvanlarda dispepsiya problemlərinin həlli
Tərkibi (1 litrdə):
Natrium duzları (Natrium hesabı ilə) – 57,5 q
Kalium duzları (kalium hesabı ilə) – 24,4 q
Propilenglükol – 200 q
Qlükoza – 160 q
İstifadəyə göstərişlər:
Kənd təsərrüfatı heyvanlarında susuzlaşma əlamətləri olduqda, o cümlədən ishal zamanı həzm prosseslərinin və su-duz balansının normallaşdırılması üçün; stress zamanı, xüsusən də istilik stressi; sağalma dövründə; doğuşdan sonrakı ağırlaşmalara – yatıb qalma, parezlər - şübhə olduqda, işgənbənin ketoz və asidozu əlamətləri olduqda; həmçinin süd məhsuldarlığının artırılması məqsədilə
Doza:
Peroral olaraq gündə 2 dəfə 3-5 gün ərzində.
Ehtiyac olarsa təyinat müddətini 10 günə qədər artırmaq olar. Yem əlavəsinin birdəfəlik dozasını istifadədən əvvəl 1-2 litr içməli su ilə ya südlə qarışdırmaq olar.
Birdəfəlik dozalar aşağıdakılardır:
• Donuzlar: heyvan başına 10-40 ml
• Danalar: heyvan başına 80-100 ml
• İnəklər: heyvan başına 100-400 ml
• Qoyunlar, keçilər: heyvan başına 40-80 ml
Rumisol – həmişə sizinlə olan su
Rumisol natrium və kalium duzlarının, propilenglükol və glükozanın kombinasiyasıdır ki, bunlar da yem əlavəsinin bioloji təsirini təyin edirlər. Natrium və kalium duzları toxumalarda osmotik təzyiqi saxlayırlar, su-duz balansını nizama salırlar ki, bununla da orqanizmin susuzlaşmasının qarşısını alırlar, impulsların ötürülməsində iştirak edirlər, pH düşdükdə optimal bufer mühiti yaradırlar. Propilenglükol və glükoza enerji mənbəyidirlər.
Yem əlavəsinin tərkibinə daxil olan komponentlərin toksiki təsirləri yoxdur, heyvanlar tərəfindən yaxşı qəbul olunur.