25-26 iyun 2025-ci il tarixində, AVC Agro və Almaniyanın aparıcı biotibb şirkətlərindən biri olan Boehringer Ingelheim-ın birgə təşkilatçılığı ilə The Ritz-Carlton Baku otelində quşçuluq vaksinləri mövzusunda ixtisaslaşmış konfrans keçirildi.
Konfransda Azərbaycanda və regionda quşçuluq sahəsinin inkişafı, xəstəliklərin qarşısının alınması və profilaktik vaksinasiya strategiyaları müzakirə olundu. Tədbirdə AVC Agro MMC və Boehringer Ingelheim-ın mütəxəssisləri, baytar həkimlər, fermerlər və quşçuluq sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak etdilər.
Təqdimatlar zamanı quşlar arasında yayılan əsas yoluxucu xəstəliklər, bu xəstəliklərə qarşı effektiv mübarizə üsulları və Boehringer Ingelheim-ın təqdim etdiyi innovativ vaksinlər haqqında ətraflı məlumat verildi. Eyni zamanda, praktiki təcrübələr və real təsərrüfat nümunələri əsasında vaksinasiya proqramlarının uğurları nümayiş etdirildi.
AVC Agro MMC olaraq, ölkəmizdə heyvan sağlamlığı sahəsində ən müasir elmi yanaşmaları və beynəlxalq təcrübəni tətbiq etməyə davam edirik. Boehringer Ingelheim ilə əməkdaşlıq çərçivəsində keçirilən bu kimi tədbirlər, Azərbaycan quşçuluq sektorunun davamlı inkişafına və məhsuldarlığın artırılmasına mühüm töhfə verir.