MƏHSUL

TOPCAL

TOPCAL

Bitkiçilik

Kategoriya

Gübrələr

İstehsalçı şirkət

Milagro

Alt Kategoriya

Gübrələr

Forma və doza

Ltr

Əlaqə

Təsviri: Topcal tərkibində yüksək miqdarda kalsium və bor olan, meyvə ağacları ,tərəvəzlər və hidroponik bitkilər üçün yarpaq tətbiqi maye gübrədir. Topcal kalsium çatışmamazlığının qarşısını alır və meyvənin sağlam saxlanmasını təmin edir.

Effektliliyi: Kalsium bitkilərin böyüməsi üçün vacib elementdir. O, hüceyrə qılafının orta qatında mövcud olub Üzvi turşuların balanslaşdırılmış fəaliyyətini təmin edir ki, bu da hüceyrənin böyüməsi və bitkinin möhkəm toxumaları üçün vacibdir və hüceyrə qılafının keçiriciliyini inkişaf etdirir.

Quruluq, duzluluq, aşağı temperatur, bərk torpaq, torpaqda kaliumun yüksək konsentrasiyası kalsiumun zəif sovrulmasına səbəb olur. Bu da torpaqda kalsium çatışmamazlığı yaradır.

Pektinlər və lipidlərin protein sintezində, karbohidratların bitki boyu daşınmasında və metobalizmdə Borun vacib rolu var. Meristematik toxumaların (kök ucları və kök saçaqları) tez böyüməsində və düzgün inkişafının təmin olunmasıda əvəzolunmazdır.

Topcal meyvənin keyfiyyətini yüksəldir və yarpaq ləkəsi, yarpaq burulması, çürümə və meyvələrin parçalanması kimi xəstəlikləri azaldır.

Uyğunluğu: Topcal qatı turşu məhsulları ilə, oksidləşdirici maddələr ilə, tərkibi yüksək ammonyak azotlu suda həll olan gübrələrlə və ya mis əsaslı məhsullarla qarışıqda işlətmək olmaz!!!

Diqqət: Məhsul +5° C dən + 35° C arası hərarətdə stabil qalır.Ümumi təyinatlı anbarda saxlanılır. Yüksək nəticə əldə etmək üçün istehsaldan sonra 12-18 ay ərzində istifadə oluna bilər.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img