MƏHSUL

PROMET ZN

PROMET ZN

Bitkiçilik

Kategoriya

Gübrələr

İstehsalçı şirkət

Milagro

Alt Kategoriya

Gübrələr

Forma və doza

Ltr

Əlaqə

Təsviri: Promet Zn təbii mənbələrdən olan sinkin amin turşuları ilə birləşmələrindən əmələ gəlmiş xüsusi yeni nəsil yarpaq tətbiqi maye gübrədir. Promet Zn xüsusən həssas bitkilərdə sink çatışmamazlığının patalogiyalarını qarşısını alir və aradan qaldırır.

Effektliliyi: Sink bitkinin böyüməsi üçün lazım olan əsas elementlərdən biridir. Bu tərəvəzlərdə azotun metabolizmində iştirak edir və nışastanın, RNT-nin və böyümə üçün təbii hormon olan heteroauksinin sintezində vacibdir. İstehsalın intensivləşməsi ilə xarakterizə olunan müasir kənd təsərrüfatında bu mikroelementin istifadəsi az rast gəlinən deyil. Limon ağacları, üzüm, banan ağacları, paxlalı bitkilər, qarğıdalı, pomidor, kartof, kahı və ispanaq sink catışmazlığı simptomlarına həssas növlərdir.

Təbii maddələrlə zəngin olan turşulu qumlu torpaqlarda, PH səviyyəsi yüksək olan kalsiumlu torpaqlarda, fosforla zəngin torpaqlarda, rütubətli və soyuq havada bu mikroelementin az miqdarda olması ilə əlaqəli problemlər arta bilər. Yuxarıda göstərilən növlərdə sinkin köklərdən absorbsiyası çətinliyi məhsuldarlığın nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur.

Yüksək bioloji effektlilik ilə xarakterizə olunduğuna görə Promet Zn sink çatışmamazlığı patologiyasının aradan qaldırılması və müalicəsi üçün istifadə olunan xüsusi yarpaq tətbiqi gübrədir. O, tərəvəz növlərində metalla birləşmlş amın turşuları tərəfindən keçiriciliyini artırması hesabına sinkin absorbsiyası və translokasiyasını asanlaşdırır. O, bitkinin böyüməsi və canlanması üçün onun asan mənimsəyə bildiyi təbii molekullarla - amin turşuları ilə - təchiz edir.

Uyğunluğu: Promet Zn əksər torpaq gübrələri ilə birgə istifadə oluna bilər. Həmçinin ən cox yayılmış bitki mühafizə vasıtələrilə qarışdırıla bilər.

Diqqət: Promet Zn yalnız ehtiyac olarsa istifadə olunmalıdır. Tövsiyə olunan dozanı aşmamaq cox vacibdir. Promet Zn qatı qələvi kimyəvi birləşmələrlə, mineral yağlarla, kükürdlə, polisulfidlərlə və mis tərkibli kimyəvi qarışıqlarla birlikdə tətbiq etmək olmaz!!! Məhsul +5° C dən + 35° C arası hərarətdə stabil qalır. Yaxşı havalandirması olan, sərin, quru yerdə, istidən, tez alovlanan mənbələrdən və günəş şüasından aralı saxlanılmalıdır.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img