MƏHSUL

PROMET CA

PROMET CA

Bitkiçilik

Kategoriya

Gübrələr

İstehsalçı şirkət

Milagro

Alt Kategoriya

Gübrələr

Forma və doza

Ltr

Əlaqə

Təsviri: Promet Ca təbii mənbələrdən olan kalsiumun amin turşuları ilə birləşmələrindən əmələ gəlmiş innovativ bir məhsuldur. Promet Ca kalsium çatışmazlığının mənfi təsirinin qarşısını alır və meyvənin yaxşı saxlanılmasını təmin edir.

Effektliliyi: Kalsium bitkilərin böyüməsi üçün vacib elementdir. O, vegetativ toxumaların uzanmasını və möhkəmliyini təmin edilməsinə cavabdehlik daşıyır və hüceyrə keçiriciliyinə kömək edir. Əlverişsiz iqlim şəraiti absorbsiyaya mənfi təsir edir və çatışmamazlıq əlamətlərinə səbəb olur və/və ya aşkar patologiyalara səbəb olur. Promet Ca həm yarpaq, həm də torpaq tətbiqi gübrəsi olub yüksək bioloji effektliliyə malikdir. O, metalla birləşmış amin turşularının keçiriciliyinin artması hesabına kalsiumun absorbsiyasını və bitki boyunca daşınmasını asanlaşdirir . O, bitkini inkişaf prosesinə hazır təbii molekullarla

- amin turşuları ilə - təchiz edir, fitotoksiklik yaratmadan biostimulyant təsir göstərir. O, normada kalsiumu torpaqda baş verən arzuolunmaz reaksiyalardan qoruyur.

Promet Ca-nın tərkibində olan Kalsium bitkinin kombinə olunmuş və balanslaşdırılmış fəaliyyətini təmin edir, toxumaların möhkəmliyini və digər ionların sorulmasını artırır.

Bu əlamətlərinə görə Promet Ca aşağıdakı xəstəliklərın müalicəsində və qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir:

- Pomidor və balqabaqlarda meyvə çürüməsi

- Gilas və şaftalıda meyvə partlaması

- Kahıda yarpaqların quruması

- Kərəvizdə qara ləkə

- Yerkökündə içiboşluluq

- Armudda ləkə və qaralma

Uyğunluğu: Pomet Ca qatı qələvi kimyəvi birləşmələrlə, mineral yağlarla, kalsiumla, kükürdlə, polisulfidlərlə və mis tərkibli kimyəvi qarışıqlarla bir yerdə işlətmək olmaz!!!

Diqqət: Məhsul +5° C dən + 35° C arası hərarətdə stabil qalır Yaxşı havalandirma olan, sərin, quru yerdə, isti tez alovlanan mənbələrdən və günəş şüasından uzaqda saxlanılmalıdır.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img