Gübrələr
Milagro
Gübrələr
Ltr
Təsviri: Maqnezium bitkilərin böyüməsi üçün ən vacib elementlərdən biridir və xlorofilin əsasında olan yeganə mineral elementdir. O, karbohidrat, azot metabolizmində, zülal sintezində və yağ sintezində iştirak edən bir çox enzimlərin spesifik aktivatorudur. Azot bitkilərin böyüməsinin, inkişafının və istehsalının əsas elementidir.
O, köklərdən əsasən nitrat şəklində sorulur və xlorofil, amin turşuları, zülal maddələri və DNT enzimlərinin sintezində istifadə olunur. Magnesio Nitrato bitkinin inkişafını, böyüməsini, rənglənməsini stimullaşdırır və eyni zamanda maqnezium çatmamazlığı ilə əlaqədar xəstəlikləri azaldır.
Təhlükəsizlik məlumatları:
Ciddi göz qıcıqlanması törədir. İstifadədən sonra dərini tamamilə yuyun.
İstifadə zamanı əlcəklər, qoruyucu geyim, qoruyucu gözlük və üz qoruyucusu geyinmək lazımdır. Gözə düşdükdə qıcıqlanma davam edərsə həkimə müraciət etmək lazımdır.
Diqqət: Kalsium əsaslı məhsullarla qarışdırmayın. Gübrə +5 dən +35°C arası hərarətdə stabil qalır. Yaxşı ventilyasiya olan, sərin, quru yerdə, isti, tez alovlanan mənbələrdən və günəş şüasından uzaqda saxlanılmalıdır.