Dərman preparatları
Kepro
Antiparazitarlar
INJ
KEPROMEC SUPER INJ.
TƏRKİBİ
Hər ml-in tərkibində var:
İvermektin 10 mq
Klorsulon 100 mq
TƏSVİRİ
İvermektin iri buynuzlu heyvanıarda daxili və xarici parazitlərin müalicə və nəzarətində çox effektivdir. Klorsulon yetkin və qeyri-yetkin qaraciyər qurdlarını inaktivasiya edən sulfonilamiddir.
GÖSTƏRİŞLƏR
Kepromec Super Inj. İri buynuzlu heyvanlarda, qoyunlarda, keçilərdə və dəvələrdə mədə-bağırsaq yumru qurdlarının, ağciyər qurdlarının, milçək sürfələrinin, qaraciyər qurdlarının, telaziozun, dəri göyünü sürfələrinin, bitlərin, birələrin və gənələrin müalicə və nəzarəti üçün təyin olunur.
Telazioz: Thelazia spp. ;
Mədə-bağırsaq qurdları : Cooperia spp., Haemonchus placei, Oesophagostomum radiatus, Ostertagia spp.,
Stronchyloides papillosus və Trichostrongylus spp. , Bunostomum phlebotomum, Nematodirus helvetianus, Nematodirus spathiger və Trichuris spp.;
Ağciyər qurdları : Dictyocaulus viviparus
Bitlər: Linognathus vituli, Haematopinus eurysternus və Solenopotes capillatus
Gənələr: Psoroptes bovis, Sarcoptes scabiei var. bovis
Göyün sürfələri (parazit mərhələsi) : Hypoderma bovis, H. lineatum
Qaraciyər qurdları (yetkin) : Fasciola hepatica
ƏKS-GÖSTƏRİŞLƏR
Əzələdaxili və ya venadaxili təyin etmək olmaz. İnsan qidasına istifadə olunması nəzərdə tutulan süd verən heyvanlara təyin olunmamalıdır.
Məsləhət görülən heyvan növlərindən başqalarına təyin etmək olmaz, çünki itlərdə (kolli cinsində) ölüm halları da daxil olmaqla ağır mənfi reaksiyalar baş verə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ
İnyeksiya yerində yumşaq toxuma şişkinliyi qeydə alınmışdır. İri buynuzlu heyvanlarda dərialtı inyeksiyanın ardınca ötəri narahatlıq qeydə alınmışdır. Hər iki reaksiya baş verə bilər və müalicəsiz keçib gedir.
DOZASI VƏ TƏYİNATI
Yalnız dərialtı təyinat üçündür. Çiyinin arxasından inyeksiya edin.
İri buynuzlu heyvanlar, qoyunlar, keçilər və dəvələr: bədən çəkisinin 50 kq-a 1 ml.
Bir inyeksiya yerinə 10 ml-dən artıq təyin etmək olmaz.
Müalicə yalnız baytar həkiminin məsləhəti ilə təkrarlana bilər.
XARİC OLMA MÜDDƏTİ
Ət və daxili orqanlar: 66 gün.
SAXLANMASI
15°C və 25°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır.
Uşaqların əli çatmayan yerdə saxlayın.
QABLAŞDIRMA
10 ml-lik çoxdozalı plastik flakonlarda (qutuda 288 flakon)
50 ml-lik çoxdozalı plastik flakonlarda (qutuda 105 flakon)
100 ml-lik çoxdozalı plastik flakonlarda (qutuda 48 flakon)
250 ml-lik çoxdozalı plastik flakonlarda (qutuda 12 flakon)
İSTEHSALÇI
KEPRO BV (Hollandiya)