MƏHSUL

KALEX

KALEX

Bitkiçilik

Kategoriya

Gübrələr

İstehsalçı şirkət

Milagro

Alt Kategoriya

Gübrələr

Forma və doza

Ltr

Əlaqə

Təsviri: Kalex özünümüdafiə təbii mexanizmini artıran gübrədir. Kalex xüsusi maye mineral gübrə olub tərkibində Kalium fosfidə əsaslanan yüksək konsentrasiyalı Fosfor və Kalium var.

Effektliliyi: Fosfor bitkinin inkişaf prosesi üçün cox vacib olan əsas elementdir. O, kök sisteminin inkişafını stimuliyasiya edir və bitkinin çiçəklənməsi, meyvələrin formalaşması və yetişməsi üçün çox vacibdir. Kalium tranpirasiyanı tənzimləyir, karbohidratların əmələ gəlməsində və onların bitki ehtiyatlarına daşinmasında iştirak edir. Bitkilərin keyfiyyəti – karbohidratın səviyyəsi, rəngi , dadı - bu iki qidalı maddədən asılıdır. Kalium fosfit, suda yüksək həllolma qabiliyyəti, kiçik kimyəvi quruluşa malik olması və tərkibində yüksək P2O5 konsentrasiyası olması ilə xarakterizə olunan bir gübrədir. Bu göstəricilərə görə onun cox sistemli təsiri var. Faktiki olaraq, o asanlıqla bitki toxumalarına daxil olub və bitki boyunca aşağı və yuxarı hərəkət edə bilir.Kalium fosfatla müqayisədə çəkisi eyni olmaqla, o artıq miqdarda P2O5 və K2O daşıyır. Qidalanma funksiyasından əlavə Kalex həmçinin fosfit ionlarının stimullaşdırması nəticəsində fitoaleksinlərin əmələ gəlməsi və artması səbəbi ilə bitkinin səthində mühafizə təsiri yarada bilir. Fitoaleksinlər bitki toxumalarını patogen göbələklər və bakterialardan qoruyan təbii maddələrdir.

Bu keyfiyyətlərə görə Kalex fosfor-kalium gübrəsi kimi Kalium fosfat əvəzinə həm yarpaqdan, həmdə torpaqdan tətbiq oluna bilər.

Uyğunluğu: Kaleksi əksər yarpaq və torpaqdan tətbiq olunan gübrələrlə birlikdə istifadə etmək olar. O, əksər bitki mühafizəsi vasitələri ilə eyni məhlulda birgə istifadə oluna bilər.

Diqqət: Kaleksi qatı qələvi kimyəvi birləşmələrlə, mineral yağlarla, kalsiumla ,kükürdlə, polisulfidlərlə və mis tərkibli kimyəvi qarışıqlarla bir yerdə işlətmək olmaz!!! Məhsul +5° C dən + 35° C arası hərarətdə stabil qalır. Yaxşı havalandirma olan, sərin, quru yerdə, isti tez alovlanan mənbələrdən və günəş şüasından uzaqda saxlanılmalıdır.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img