MƏHSUL

ACTIVA

ACTIVA

Bitkiçilik

Kategoriya

Gübrələr

İstehsalçı şirkət

Milagro

Alt Kategoriya

Gübrələr

Forma və doza

Ltr

Əlaqə

Təsviri: Activa kökün inkişafını sürətləndirən və şitilləmədən sonra stresi aradan qaldıran, Azot və Fosfor tərkibli xüsusi maye gübrədir.

Effektliliyi: Fosfor tərkibi muxtəlif polimerizasiya səviyyəli polifosfatların qarışığı olub bitkiyə tədricən ötürülür. Activa fosforu bitkiyə mərhlələlərlə hissə-hissə ötürür. Torpağın vəyiyyətindən asılı olaraq bu proses 40-60 günü əhatə edir. Fosforun buşəkildə davam edici təchizatı bitkinin fosfora olan tələbatını daimi olaraq təmin edir.

Activanın tərkibində azotun sidik cövhəri, ammoniak və üzvi olmaqla 3 forması var ki, bu da bitkinin davamlı inkişafını təmin edir.

Azot və karbonla zəngin olan amin turşusu torpaqda mikroorqanizmlərin sürətli inkişafını təmin edir. Bu hal torpağın münbitliyini və böyümə üçün qidalı maddələrin asan mənimsənilməsini təmin edir.

Əlavə olaraq məhsulun tərkibində dəniz yosunları (Aschohyllum Nodosum) vardır ki, bu da öz bio-stimulyant təsiri ilə təbii sitokitenlərin, auxinlərin və gibberelinlərin miqdarını artırır. Bu, meyvənin və çiçəklərin inkişafına kömək edir, su stresinə qarşı davamlılığı və xəstəliklərə qarşı müdafiəni təmin edir. Zn kökün inkişafını yüksəldir.

Uyğunluğu: Activa qatı turşu məhsulları ilə, oksidləşdirici maddələr ilə, tərkibi yüksək ammonyak azotlu suda həll olan gübrələrlə və ya mis əsaslı məhsullarla qarışıqda işlətmək olmaz!!!

Diqqət: İstifadədən əvvəl silkələmək, qarışdırmaq və ya fırlatmaq lazımdır. Gübrə +5 dən +35°C arası hərarətdə stabil qalır. Yaxşı ventilyasiya olan, sərin, quru yerdə, isti, tez alovlanan mənbələrdən və günəş şüasından uzaqda saxlanılmalıdır.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img