MƏHSUL

Çistobel

Çistobel

Heyvandarlıq

Kategoriya

Dezinfeksiya məhsulları

İstehsalçı şirkət

Belfarma

Alt Kategoriya

-

Forma və doza

Ltr

Əlaqə

Yuyucu xüsusiyyətlərə malik dezinfeksiyaedici vasitə 

Donuzların afrika taunu virusuna qarşı aktivdir.

• Yüksək məhsuldarlıq və işlənmə diapazonu

• Donmadan və sonradan donun açılmasından sonra xüsusiyyətlərini saxlayır

• İşlənilən səthləri zədələmir

Tərkibi (1 litrdə):

Glütaraldehid – 11,0%

Alkilmetilbenzilammonium xlorid – 17,0%

Didesilmetilammonium xlorid – 8,0%

Amfoter səthi aktiv maddələr (SAM) – 3%

İstifadəyə göstərişlər:

Baytarlıq nəzarətli obyektlərin profilaktik və məcburi dezinfeksiyası üçün, aşağıdakılar daxil olmaqla:

• Heyvandarlıq, quşçuluq və vəhşi heyvandarlıq obyektləri, onlarda olan texnoloji avadanlıq, köməkçi obyektlər (inkubatorlar, yumurta anbarları da daxil olmaqla), süd blokları və yem mətbəxləri, sanitar-texniki avadanlıq, sanitar kəsimxanalar, açıq obyektlər (rampalar, estakadalar, platformalar), qablar və xüsusi geyimlər;

• İstehsal obyektləri, texnoloji avadanlıq və bioloji, qida, emal sənayesi, həmçinin qablar, xüsusi geyim və heyvanlara qulluq əşyaları;

• Nəqliyyat vasitələri (heyvanların və quşların, həmçinin heyvan mənşəli xammal və məhsulların daşınması üçün avtomobil, dəmir yolu, su və hava nəqliyyatı daxil olmaqla);

• Baytarlıq klinikaları (stansiyaları), laboratoriyalar, vivariumlar, sirklər və heyvanxanalar

Doza:

0.25% konsentrasiyada və sərfiyyat norması 0.25 l/m2 və 20 dəqiqə ekspozisiyada hamar səthli obyektlərin profilaktik dezinfeksiyası

0.25% konsentrasiyada və sərfiyyat norması 0.35 l/m2 və 30 dəqiqə ekspozisiyada nahamar səthlər

Bakterial və virus etiologiyalı xəstəliklər (vərəm daxil olmaqla) zamanı 0.5% konsentrasiyada və sərfiyyat norması 0.5 l/m2 və 1 saat ekspozisiyada hamar səthli obyektlərin məcburi dezinfeksiyası (cari və son).

Kiçik avadanlığın və qab-qacağın yuyulması və dezinfeksiyası – 0.3% -li məhlula 30 dəqiqə ərzində salınma və sonradan su ilə yuyulma.

Həm metal, həm də ağacdan böyük avadanlığın yuyulması və dezinfeksiyası – 0.4% -li məhlulla yuyulma.

Qida xammalı ilə təmasda olmayan obyektləri (elektrik mişarı, lələklərin təmizlənməsi üçün avadanlıq və s.) 0.4%-li Çistobellə 30 dəqiqə ərzində dezinfeksiiya edirlər və sonradan soyuq su ilə yuyurlar.

Divarların (kafel), qapıların səthini 0.25%-li məhlulda isladılmış əski ilə hər 1m2 işlənilən səthə 100-150 ml hesabı ilə silirlər.

Yönəldilmiş təsirin yüksək nəticəsi

Çistobel – yuyucu xüsusiyyətlərə malik dezinfeksiyaedici vasitə olub baytarlıq nəzarəti obyektlərinin dezinfeksiya və yuyulması üçün nəzərdə tutulmuşdur.

Qram-müsbət və qram-mənfi bakteriyalara (vərəm törədiciləri daxil olmaqla), viruslara (hepatit virusu, quşlarda finn virusu, cücələrin infeksion anemiyası, toyuqlarda infeksion bursit və quşlarda reovirus infeksiyaları, donuzlarda respirator-reproduktiv sindrom və klassik taun, dabaq, donuzlarda sirkovirus infeksiyaları, QİÇS/HİV virusu, poliomielit, qripp virusu, adenovirus daxil olmaqla) və göbələklərə (Kandida göbələkləri, dermatofitlər, maya göbələkləri daxil olmaqla) qarşı antimikrob təsirə malikdir. Donuzların afrika taunu törədicisinı qarşı effektivlik sınaqlarını uğurla keçmişdir.

Çirtobel orqanizmə təsir dərəcəsinə görə az təhlükəli maddələrə aiddir (QOST 12.1.007-76 görə 3-cü sinif təhlükəli). Vasitənin dəri-rezorbtiv və sensibilizəedici aktivliyi yoxdur, mutagen, embriotoksik, teratogen və kanserogen xüsusiyyətləri göstərmir. Vasitə korroziya törətmir, işlənilən səthləri zədələmir, həyat şəraitinə təsir edən birləşmələri fiksasiya etmir, parçanın rəngini aparmır. Vasitə sabun, anion SAM, sintetik yuyucu vasitələrlə uyğunlaşmır.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img