MƏHSUL

VİTAFLASH İNJ

VİTAFLASH İNJ

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Vitamin və Minerallar

Forma və doza

INJ

Əlaqə

VİTAFLASH İNJ.

TƏRKİBİ

Hər ml-in tərkibində var:

Vitamin A 50,000 BV

Vitamin D3 25,000 BV

Vitamin E asetat 4 mq

Vitamin B1 HCl 2,5 mq

Vitamin B2 natrium fosfat 2,5 mq

Vitamin B3 12,5 mq

Vitamin B6 HCl 1,25 mq

Vitamin B12 30 mkq

Vitamin C 2 mq

D-Pantotenol 3 mq

TƏSVİRİ

Vitaminlərə olan tələbat yalnız müxtəlif böyümə dövrlərindən və fizioloji funksiyalardan deyil, həmçinin qidalanmadan asılı olaraq dəyişir. A vitamini epitel toxumasının (gözün torlu qişası və dəri də daxil olmaqla) və selikli qişaların qorunmasında və bununla da ümumi infeksiyalardan müdafiə vasitəsi kimi vacib rol oynayır. D3 vitamini kalsium-fosfor mübadiləsinin düzgün getməsini təmin edir. E vitaminini vitamin A-nın stabilliyinin qorunmasında vacib rolu var və ümumuyyətlə antioksidant təsiri vardır. B vitaminləri enzimlərin formalaşmasında iştirak edir və yağların, zülalların və karbohidratların metabolizmi və əzələ və sinir toxumalarının normal böyüməsi üçün çox vacibdir. Bir vitaminin çatmamazlığı nadir hallarda rast gəlinir. Bununla belə, hətta belə hallarda da digər vitaminlərin baş verə biləcək çatmamazlığının qarşısını almaq üçün bütün kompleksi təyin etmək məsləhətdir. İnyeksiyadan sonra vitaminlər tezliklə və tam sorulur və vitamin çatmamazlığı hallarında tez terapevtik effekt göstərir. 

GÖSTƏRİŞLƏR

Vitaflash inj. böyümənin zəifləməsi, yeni doğulmuş heyvanlarda zəiflik, neonatal anemiya, görmə pozğunluqları, bağırsaq problemləri, sağalma dövrü, anoreksiya, infeksiyalarla bağlı olmayan reproduktiv patologiyalar, raxit, qurd invaziyaları, əzələ zəifliyi, əzələ tremoru və tənəffüs çətinləşməsi ilə gedən miokard çatmamazlığı kimi vitamin çatmamazlıqlarının müalicəsi və profilaktikası üçün təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ

Yoxdur.

DOZA VƏ TƏYİNATI

Dərialtı və ya əzələ daxilinə təyinat üçündür.

İri buynuzlu heyvanlar, atlar: Hər heyvana 10-20 ml

Danalar, dayçalar, qoyunlar, keçilər: Hər heyvana 5-10 ml

Quzular: Hər heyvana 2-3 ml 

Donuzlar : Hər heyvana 10 ml 

Çoşkalar (10-30 kg): Hər heyvana 1-3 ml

Çoşkalar (10 kg): Hər heyvana 1 ml

Doza 4-5 gündən sonra təkrarlana bilər.

XARİC OLMA MÜDDƏTİ

Yoxdur.

SAXLANMASI

8°C və 15°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlayın.

QABLAŞDIRMA

100 ml-lik şüşə qablarda (hər qutuda 48 qab)

İSTEHSALÇI

KEPRO BV (Hollandiya)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img