MƏHSUL

VİL-FLOKS

VİL-FLOKS

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Vilsan

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

VİL-FLOKS 

Oral məhlul

Tərkibi

Hər ml-in tərkibində 100 mq əsasi əsasi Enrofloksasin var.

Təyinatı

VİL-FLOKS oral məhlul işgənbə aktivliyi başlamamış danalarda və quzularda pnevmoniya, qastroenterit, septisemiya və kolibakterioz kimi tənəfüs və həzm sistemi xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Əlavə olaraq, o, enrofloksasinə həssas qram-müsbət, qram mənfi bakteriyalar və mikoplazmalar, həmçinin virus xəstəlikləri zamanı ikincili enrofloksasinə həssas bakterial ağırlaşmalar kimi yumşaq toxuma xəstəliklərinin müalicəsi üçün istifadə olunur. 

Donuzlarda bakterial və mikoplazma mənşəli tənəfüs və mədə-bağırsaq yolları xəstəliklərinin (məsələn, pasterellioz, mikoplazmoz, koli-bakterioz, koliseptisemiya və salmonellioz kimi) müalicəsi üçün, həmçinin atrofik rinit, enzootik pnevmoniya kimi xəstəliklər zamanı mikroorqanizmin həssaslığını təyin edilərsə enrofloksasin seçim dərmanı kimi təyin olunduqda təyin olunur.

İstifadəsi və dozası

Farmakoloji doza

Danalarda və quzularda 5 mq/kq diri çəkiyə, çoşkalarda 1,5-5 mq/kq diri çəkiyə 

Praktiki doza

Danalarda və quzular üçün:

İçməli suda qarışdırılaraq 1 ml/20 kq diri çəkiyə dozasında təyin olunur.

Çoşkalar üçün:

İçməli suda qarışdırılaraq 0,5 ml/20 kq diri çəkiyə dozasında təyin olunur.

Qeyd:

Müalicə 3-5 gün ərzində davam etdirilməlidir.

Buraxılış forması

100 ml, 500 ml, 1 L, 3 L və 5 L-lik butulkalarda buraxılır. 

Xaricolma müddəti barədə xəbərdarlıq

Ətlik iri buynuzlu heyvanlar və qoyunlar müalicə müddətində və müalicədən sonra müvafiq olaraq 8 gün və 10 gün ərzində kəsimə göndərilməli deyil.

İstifadə olunan heyvanlar

Danalar, quzular, çoşkalar

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img