MƏHSUL

Vilprofen

Vilprofen

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Vilsan

Alt Kategoriya

Analjeziklər

Forma və doza

INJ

Əlaqə

Vilprofen

İnyeksiya məhlulu

Tərkibi

Hər ml-in tərkibində 100 mq Ketoprofen var.

Təyinatı

Vilprofen inyeksiya məhlulu iri buynuzlu heyvanlarda, atlarda və donuzlarda iltihab əleyhinə, ağrıkəsici, hərarət əleyhinə və antirevmatik vasitə kimi istifadə olunur. O, xüsusən aşağıdakı hallarda istifadə olunur:

İri buynuzlu heyvanlarda:

• Kəskin tənəffüs yolları infeksiyaları, kəskin mastit, məmə ödemi və kolik sancılar zamanı köməkedici terapiya kimi klinik simptomların zəiflədilməsi üçün

• Qram-mənfi bakteriyaların ifraz etdiyi endotoksinlərin mənfi təsirlərinin aradan qaldırılması

• Sümük-əzələ sisteminin qeyri-infeksion mənşəli iltihabının müalicəsi (postnazal xəstəlikdən sonra ikincili əzələ-sümük pozğuntularına davam gətirilməməsi)

• İshal. O, süd verməyən inəklərdə, cavan heyvanlarda və bir həftəlik danalarda kliniki simptomların zəiflədilməsi məqsədilə oral dihidratasiya müalicəsi ilə kombinasiya olunur.

 Atlarda:

• Travmatik artrit - sinovit, tendinit, yarıcı osteoxondrit, osselet, laminit, yumşaq toxuma şişkinliyi, əməliyyatdan sonrakı iltihab və şişkinlik, həmçinin sümük-əzələ sisteminin qeyri-infeksion iltihabı

• Kolik sancılar zamanı ağrının azaldılması məqsədilə digər preparatlarla kombinasiyada istifadə oluna bilər.

• Uveit, keratit və buynuz qişasının travmatik yarası kimi göz iltihablarının müalicəsi üçün uğurla istifadə olunur.

Donuzlarda:

• İltihab, ağrı və ya qəzdərma ilə müşaiyət olunan xəstəliklər

• Doğuşdan sonrakı disqalaktiya sindromu, Mastit Metrit Aqalaktiya (MMA) sindromu zamanı müalicə

• Tənəffüs yolları infeksiyaları

• çoşkalarda axtalanma kimi kiçik yumşaq toxuma əməliyyatları ilə əlaqəli əməliyyatdan sonrakı ağrıların qısamüddətli zəiflədilməsi

İstifadəsi və dozası

İri buynuzlu heyvanlara və atlara asta əzələdaxili (boynun arxa hissəsinə) və venadaxili təyin olunur. Donuzlarda əzələdaxili təyin olunur. 

Farmakoloji doza

Atlar: 2,2 mq/kq diri çəkiyə

İri buynuzlu heyvanlar: 3 mq/kq diri çəkiyə

Donuzlar: 3 mq/kq diri çəkiyə

Praktiki doza

Atlar: 10 ml/450 kq diri çəkiyə, gündə 1 dəfə 5 gün ərzində təyin olunur.

İri buynuzlu heyvanlar: 3 ml/100 kq diri çəkiyə 1-3 gün təyin olunur.

Donuzlar: 1 ml/33 kq diri çəkiyə təyin olunur.

Buraxılış forması

20, 50 və 100 ml-lik flakonlarda təqdim olunur

Dərman qalıqları xəbərdarlığı

Ətlik bəslənilən iri buynuzlu heyvanlar müalicə dövrü ərzində və venadaxili təyin olunan zaman sonrakı 1 gün, əzələdaxili təyin olunan zaman sonrakı 4 gün sonra kəsimə göndərilməməlidir. Ətlik bəslənilən donuzlar müalicə dövrü ərzində və son təyinat günündən 4 sutka ərzində kəsimə göndərilməməlidir. İri buynuzlu heyvanlarda süddən xaricolma müddəti (venadaxili və əzələdaxili təyin olunduqda) "0" gündür.

İstifadə olunan heyvanlar

İri buynuzlu heyvanlar, Atlar, Donuzlar

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img