MƏHSUL

Vilamoks-LA

Vilamoks-LA

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Vilsan

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

Vilamoks-LA

İnyeksiya üçün suspenziya 

Hər ml-in tərkibində 150 mq əsasi Amoksisillinə uyğun Amoksisillin Trihidrat var.

Təyinatı

Vilamoks-LA inyeksiya üçün suspenziya Campylobacter, Clostridium, Corynebacterium, E. Coli, Erysipelothrix, Haemophilius, Pasteurella, Salmonella, penisillaza mənfi stafilokokklar və streptokokklar kimi amoksisillinə həssas mədə-bağırsaq və sidik-cinsiyyət sistemi infeksiyalarının profilaktikası və müalicəsi üçün istifadə olunur. O, həmçinin iri buynuzlu heyvanlarda, donuzlarda, keçilərdə, qoyunlarda , pişiklərdə və itlərdə tənəffüs yolları infeksiyalarının və əməliyyatlardan sonrakı infeksiyalar kimi yumşaq toxuma infeksiyalarının müalicəsi üçün istifadə olunur. Əlavə olaraq o, pnevmoniya, enterit, göbək ciyəsi infeksiyaları, həmçinin mastit və metrit kimi xəstəliklərin müalicəsində dəstək kimi istifadə olunur.

İstifadəsi və dozası

Farmakoloji doza

Hədəf heyvanlarında 15 mq/kq diri çəkiyə dozasında təyin olunur.

Praktiki doza

Hədəf heyvanlarında 1 ml/ 10 kq diri çəkiyə dozasında təyin olunur.

Hədəf heyvan Diri çəki Doza

İri buynuzlu heyvanlar 400 kq 40 ml

Buzovlar 200 kq 20 ml

Danalar 50 kq 5 ml

Qoyunlar, Keçilər 20 kq 1-2 ml

Donuzlar 75 kq 7,5 ml

İtlər 20 kq 2 ml

Quzular 10 kq 1 ml

Pişiklər, Çoşkalar 5 kq 0,5 ml

Qeyd

İri buynuzlu heyvanlarda, qoyunlarda və donuzlarda yalnız əzələdaxili, itlərdə və pişiklərdə əzələdaxili və dərialtı təyin oluna bilər. 

Ehtiyac olarsa, əlavə doza ilkin dozadan 48 saat sonra təkrarlana bilər.

Buraxılış forması

50 və 100 ml-lik flakonlarda. 

Xaricolma müddəti barədə xəbərdarlıq

İri buynuzlu heyvanlar, qoyunlar və donuzlar müalicə müddətində və müalicə bitdikdən 21 gün sonra kəsimə göndərilməli deyillər. İnək və qoyun südü müalicə müddətində və müalicə bitdikdən 3 gün (6 sağım) sonra insan qidasına istifadə olunmalı deyil.

İstifadə olunan heyvanlar

İri buynuzlu heyvanlar, Qoyunlar, Keçilər, Pişiklər, İtlər.

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img