MƏHSUL

VIT AD3E 300 INJ

VIT AD3E 300 INJ

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Vitamin və Minerallar

Forma və doza

INJ

Əlaqə

VIT AD3E 300 INJ.

TƏRKİBİ

Hər ml-in tərkibində var:

Vitamin A 300,000 BV

Vitamin D3 100,000 BV

Vitamin E 50 mq.

TƏSVİRİ

A vitamini epitel toxumasının (gözün torlu qişası və dəri də daxil olmaqla) və selikli qişaların qorunmasında və bununla da ümumi infeksiyalardan müdafiə vasitəsi kimi vacib rol oynayır. (çatmamazlıq simptomları – hiperkeratoz (dəridə), kseroftalmiya, korluq, sinir simptomları, böyümə səviyyəsinin və məhsuldarlığın enməsi).

D3 vitamini kalsium-fosfor mübadiləsinin düzgün getməsini təmin edir. O həmçinin Ca++ ionlarının absorbsiyasında və bağırsaqdan sorulmasında rol oynayır və bununla da sümüklərin kalsifikasiyasını artırır.

E vitamininin antioksidant təsiri vardır. Bu təsiri onu A vitamininin metabolizmi ilə (o yemdə A vitaminini stabilləşdirmək üçün istifadə olunur) və doymamış yağ turşuları ilə (çatmamazlıq simptomları əzələ pozğunluqlarıdır) əlaqə yaradır. 

İnyeksiyadan sonra vitaminlər tezliklə və tam sorulur və tez terapevtik effekt göstərir. A və D vitaminlərinin yüksək konsentrasiyası olduğundan bu preparatın uzunmüddətli profilaktik təsiri var.

GÖSTƏRİŞLƏR

Ümumi bakterial infeksiyalarla bağlı A, D3 və/və ya E vitaminlərinin çatmamazlığının müalicə və profilaktikası; infeksiyalarla bağlı olmayan reproduktiv və görmə patologiyaları; Enterit, raxit, sağalma və dəri problemləri.

ƏKS-GÖSTƏRİŞLƏR

D3 vitamininin dozasının artıqlığı cavan heyvanlarda hiperkalsiemiyaya səbəb ola bilər.

ƏLAVƏ TƏSİRLƏRİ

1 həftədən cavan heyvanlara təyin olunmamalıdır. Pişiklərə təyin etmək olmaz.

DOZA VƏ TƏYİNATI

Əzələ daxilinə və ya dərialtı təyinat üçündür.

Atlar, iri buynuzlu heyvanlar : Hər heyvana 5-10 ml

Danalar : Hər heyvana 3 ml

Dayçalar : Hər heyvana 5 ml 

Donuzlar : Hər heyvana 2-3 ml 

Qoyunlar, keçilər : Hər heyvana 4 ml

XARİC OLMA MÜDDƏTİ

Ət : Atlar, iri buynuzlu heyvanlar: 70 saat

Dayçalar : 40 saat

Danalar, donuzlar : 30 saat

SAXLANMASI

8°C və 15°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır.

QABLAŞDIRMA

100 ml-lik şüşə qablarda (hər qutuda 48 qab)

İSTEHSALÇI

KEPRO BV (Hollandiya)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img