MƏHSUL

TİLMOZİN

TİLMOZİN

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Belfarma

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

Ltr

Əlaqə

Peroral təyin üçün məhlul

• Tənəffüs infeksiyaları zamanı yüksək effektivlik göstərir

• Yaxşı sorulur və toxuma və orqanlarda paylanır

• Geniş spektrdə qram-müsbət və qram mənfi bakteriyalara, xüsusən də Mycoplasma spp. qarşı bakteriostatik təsirə malikdir.

• İstənilən codluqda suda çöküntü vermir

Tərkibi (1 litrdə):

Tilmikozin (tilmikozin fosfat şəklində) – 250 q

İstifadəyə göstərişlər:

Donuzlara Mycoplasma hyopneumoniae, Actinobacillus pleuropneumoniae, Pasteurella multicida tərəfindən törədilmiş respirator xəstəliklər zamanı; ev quşlarına Mycoplasma gallisepticum, Mycoplasma sinoviae, Ornithobacterium rhinotracheale, Pasteurella multicida tərəfindən törədilmiş infeksiyalar zamanı; danalara Pasteurella multicida, Mannheimia haemoli, Arcanabacterium pyogenes, Mycoplasma bovis, Mycoplasma dyspar tərəfindən törədilmiş respirator infeksiyalar zamanı, həmçinin qarışıq infeksiyalar, virus xəstəlikləri zamanı ikincili infeksiyalar və heyvanların törədicisi tilmikozinə həssas olan digər xəstəlikləri zamanı təyin olunur.

Doza:

• Ev quşları: qrup şəklində Tilmikozinin gündəlik dozası 1000 litr içməli suya 300 ml Tilmozin (75 mq tilmikozin hər 1 l suya) və ya preparatın 0,6-0,8 ml-i quşun 10 kq bədən çəkisinə (15-20 mq tilmikozin hər 1 kq-a) 3-5 gün ərzində;

• Donuzlar: qrup şəklində Tilmikozinin gündəlik dozası 1000 litr içməli suya 800 ml Tilmozin (200 mq tilmikozin hər 1 l suya) və ya 0,6-0,8 ml quşun 10 kq bədən çəkisinə (15-20 mq tilmikozin hər 1 kq-a) fərdi dozada 5 gün ərzində;

• Danalar: fərdi olaraq içməli suya və ya süd əvəzləyicisinə gündə 0,5 ml hər 10 kg diri çəkiyə (12,5 mq tilmikozin heyvan çəkisinin hər 1 kq-a) 5-7 gün ərzində

Xaric olma müddəti:

• Ev quşları: 16 gün

• Donuzlar: 16 gün

• Danalar: 35 gün

Tilmozin – respirator xəstəliklərin effektiv müalicəsi

Tilmikozin makrolidlər qrupundan olan, tilozindən sintez olunmuş yarımsintetik antibiotikdir. Geniş spektrdə qram-müsbət və qram mənfi bakteriyalara - Pasteurella spp., Haemophylus spp., Actinomyces spp., Corynobacterium spp., həmçinin mikoplazmalara (Mycoplasma gallisepticum, M. sinoviae, M. Iovae) qarşı təsirə malikdir.

Tilmikozinin bakteriostatik təsir mexanizmi mikrob hüceyrəsində ribosomal səviyyədə zülal sintezini blokada etməkdən ibarətdir. Dərman vasitəsinin peroral tətbiqi zamanı tilmikozin sulfat mədə-bağırsaq traktından yaxşı sorulur və orqanizmin əksər toxuma və orqanlarda paylanaraq qan zərdabında maksimal səviyyəyə 1,5 – 3 saat ərzində çatır; antibiotikin terapevtik konsentrasiyası orqanizmdə 18 – 24 saat ərzində saxlanılır. Tilmikozin orqanizmdən əsasən dəyişilmədən, öd və hissəvi olaraq sidiklə xaric olunur.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img