MƏHSUL

Seftivil

Seftivil

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Vilsan

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

Seftivil inyeksiya

İnyeksiya üçün antibakterial məhlul 

Tərkibi

Hər ml-in tərkibində 1 mq Seftiofur hidroxlorid var ki, bu da 50 mq Seftiofura uyğundur.

Təyinatı

İri buynuzlu heyvanlarda seftiofura həssas bakteriyalar tərəfindən törədilən tənəffüs sistemi və yumşaq toxuma infeksiyalarının müalicəsi üçün istifadə olunur. Xüsusən də, iri buynuzlu heyvanlarda daşınma xəstəliyi və digər buna bənzər pnevmonik xəstəliklərin və Pasteurella multocida, Heamophillus somnus tərəfindən törənən tənəffüs sistemi infeksiyaları, Fusobacterium necrophorum və Bacteriodes melaninogenicus tərəfindən törənən dırnaqarası nekrobasilyozun müalicəsində effektivdir, həmçinin doğuşdan sonra E. coli, Arconobacterium pyogenes və Fusobacterium necrophorum tərəfindən törənən doğuş metritinə qarşı effektivdir.

İstifadəsi və dozası

Farmakoloji doza

İri buynuzlu heyvanlarda farmakoloji dozası 1 mq/kq diri çəkiyədir. Yalnız əzələdaxili və dərialtı təyin olunur.

Praktiki doza

Praktiki doza 1 ml/ 50 kq diri çəkiyədir. Müalicə 3 gün ərzidə 24 saat intervalla davam etməlidir. Ehtiyac olarsa, müalicə müddəti daha iki gün artırıla bilər. Çoxlu həcmdə inyeksiyalar üçün ümumi həcm 15 ml-lik hissələrə bölünməlidir. Venadaxili təyinat əks-göstərişdir.

Qeyd:

İstifadədən əvvəl yaxşı-yaxşı silkələyin.

Buraxılış forması

50, 100 və 250 ml-lik flakonlarda. 

İstifadə olunan heyvanlar

İri buynuzlu heyvanlar

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img