MƏHSUL

PENSTREP

PENSTREP

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

TƏRKİBİ

Hər ml məhlulun tərkibində var:

Prokain penisillin G 200 mq

Dihidrostreptomisin sulfat 250 mq

TƏSVİRİ

Prokain G penisillini əsasən qram-müsbət bakteriyalara (Streptokoklar, Straflokoklar, bəzi Corynebacteria spp., Erysipelothrix rhusiopathiae, Clostridia spp., Bacillus anthracis kimi) və Qram-mənfi koklar, Leptospira canicola, Campylobacter foetus və Actinomyces bovisə qarşı baktersidial təsirə malik dar spektrli penisillindir. Aminoqlükosid antibiotik olan Dihidrostreptomisin əsasən E. coli, Proteus vulgaris, Brucella spp., Salmonella spp., Shighella spp., Klebsiella spp., Pasteurella spp. və bəzi mikoplazmalar kimi qram-mənfi bakteriyalara qarşı baktersidial təsirə malikdir. Bu kombinasiya additiv təsir göstərir (təsirlər toplanır) və bəzi hallarda təsir sinergik olur.

GÖSTƏRİŞLƏR

İri buynuzlu heyvanlar, atlar, donuzlar, dayçalar, danalar, qoyunlar və keçilərdə tənəffüs, balalıq, həzm yolları infeksiyaları, metrit, mastit, osteomielit, peritonit, septisemiya, sistit, oynaq xəstəlikləri və ikincili bakterial infeksiyalar kimi penisillinə və dihidrostreptomisinə həssas mikroorqanizmlər tərəfindən törədilən xəstəliklər.

ƏKS-GÖSTƏRİŞLƏR 

Penisillinlər, aminoqlikozidlər və/və ya prokainə qarşı hiperhəssaslıq, böyrək disfunksiyaları, eşitmə və vestibulyar orqanların pozğunluqları, dovşanlar, şinşillalar və dəniz donuzları kimi kiçik otyeyən heyvanlara təyini, dölə toksiki təsir riskinin artmasına görə boğaz heyvanlara uzunmüddətli təyini.

ƏLAVƏ TƏSİRLƏRİ

Yüksək dozaların uzunmüddətli təyini böyrək, vestibulyar və/və ya eşitmə disfunksiyalarına gətirib çıxara bilər və bəzən hiperhəssaslıq reaksiyaları baş verə bilər.

DİGƏR DƏRMAN VƏ MADDƏLƏRLƏ UYĞUNSUZLUĞU

Penstrep 20/25 inj. sürətli təsirə malik bakteriostatik antibakterial dərmanlarla (məsələn, Tetraskilin, Xloramfenikol, Eritromisin,Linkomisin) və anestetik və ya neyromuskulyar bloklayıcı maddələrlə (tənəffüs yollarında durğunluq və təngənəfəslik səbəbindən) uyğunsuzluq təşkil edir.

DOZA VƏ TƏYİNATI

Əzələdaxili təyinat üçündür:

Ümumi doza: Hər gün 1 ml hər 25 kq bədən çəkisinə, 3-4 gün ərzində.

Ciddi hallarda doza iki dəfə artırıla bilər.

Qeyd: İşlətmədən əvvəl yaxşı-yaxşı çalxalayın.

XARİC OLMA MÜDDƏTİ

Ət: 10 gün

Süd : 3 gün

SAXLANMASI

8°C və 15°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır. 

QABLAŞDIRMA

100 millilitrlik çoxdozalı flakonlarda (hər qutuda 48 flakon)

İSTEHSALÇI

KEPRO BV (Hollandiya)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img