MƏHSUL

OXYTET 20%

OXYTET 20%

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

TƏRKİBİ

Hər ml-in tərkibində 200 mq dihidrat şəklində Oksitetrasiklin var.

TƏSVİRİ

Oksitetrasiklin geniş spektrli antibiotik olub Streptokokklar, Stafilokokklar, Pasteurella spp., Brucella spp., Corynobacteria spp., Erusipelothrix, Colifroms, Salmonella kimi çoxsaylı qram-müsbət və qram-mənfi bakteriyalara və Rikketsiyalara, Mikoplazmalara, Xlamidiyalara və bəzi Protozoylara qarşı bakteriostatik təsir edir. Psevdomonas, Proteus və Klebsiella spp.-ə qarşı aktivliyi zəifdir. 

Parental daxil olunduqdan sonra Oksitetrasiklin qana və toxumalara çox tez daxil olur, amma bu preparatın üstünlüyü onun həddən artıq uzun terapevtik effektinin olması ilə əlaqədardır. Oksitetrasiklin polimiksinlə sinergik təsirə malikdir.

GÖSTƏRİŞLƏR

Qoyunlarda oksitetrasiklinə həssas olan mikroorqanizmlərin törətdiyi tənəffüs infeksiyaları (pnevmoniya, bronxopnevmoniya), sidik yolları infeksiyaları, (endo)metrit, mastit, dırnaq çürüməsi və xlamidioz, iri buynuzlu heyvanlarda, donuzlarda, qoyunlarda və keçilərdə dizenteriya, qastro-enterit, xroniki respirator xəstəlik, mikoplazmoz, salmonellyoz və qaraciyər absesi zamanı təyin olunur.

ƏKS-GÖSTƏRİŞLƏR

Tetrasiklinlərə qarşı hiperhəssaslıq, ciddi böyrək və ya qaraciyər pozğunluğu zamanı istifadəsi əks-göstərişdir. Penisillinlər və ya sefalosporinlərlə birgə təyin olunmamalıdır. Atlara, itlərə, pişiklərə və insan istifadəsi üçün süd verən ana qoyunlara təyin olunmamalıdır. təyin olunmamalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ

Hiperhəssaslıq reaksiyaları, inyeksiya yerində qıcıqlanma.

DİGƏR DƏRMAN VƏ MADDƏLƏRLƏ QARŞILIQLI TƏSİRİ

Tetrasiklinlərlə məlum qarşılıqlı təsirə malik olduqlarına görə tərkibində polivalent kationlar (Ca++, Mg++, Fe++) olan preparatlar oksitetrasiklinlə birgə istifadə oluna bilməz. 

DOZA VƏ TƏYİNATI

Dərin əzələdaxili təyinat üçündür.

İri buynuzlu heyvanlar, donuzlar, qoyunlar və keçilər: 10 kq bədən çəkisinə gündə 1 ml (20mq/bədən çəkisinin hər kq). Birdəfəlik doza məsləhət görülür. Bir tərəfə iri buynuzlu heyvanlara 20 ml, donuzlara 10 ml, qoyunlar və keçilərə 5 ml-dən artıq vurulması məsləhət deyildir. Çəkisi 10 kq-dan az olan çoşkalara 1 ml doza təyin olunmalıdır.

XARİC OLMA MÜDDƏTİ

Ət : 28 gün

Süd : 7 gün

SAXLANMASI

15°C və 25°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır.

QABLAŞDIRMA

100 ml-lik flakonlarda (qutuda 48 flakon)

İSTEHSALÇI

KEPRO BV (Hollandiya)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img