MƏHSUL

Kenflox 10% inj

Kenflox 10% inj

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

TƏRKİBİ

Hər ml-in tərkibində var:

Enrofloksasin 100 mq

TƏSVİRİ

Enrofloksasin xinolon qrupuna aiddir və anaerob patogen populyasiya da daxil olmaqla qram-müsbət və qram-mənfi bakteriyalara qarşı aktivliyə malikdir. Ən vacib mikroorqanizmlər bunlardır: E. coli, Mycoplasma spp., Salmonella spp., Staphylococcus spp., Pasteurella spp., Streptococcus spp., Klebsiella spp., Pseudomonas spp. və Campylobacter.

GÖSTƏRİŞLƏR

Kenflox 10% İnj. iri buynuzlu heyvanlarda, donuzlarda, danalarda, qoyunlarda və keçilərdə (bronxo)pnevmoniya, mikoplazma infeksiyaları, koliseptisemiya/kolidiarreya, enterit, pasterelyoz, (para)tif kimi enrofloksinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq və tənəffüs yolları infeksiyalarına, sidik yolları infeksiyalarına, yara infeksiyalarına və virus xəstəliklərinin ağırlaşması kimi ikincili bakterial infeksiyalara qarşı təyin olunur.

ƏKS-GÖSTƏRİŞLƏR

Enrofloksasinə hiperhəssaslığı olan heyvanlara təyin etmək olmaz. Qaraciyər və böyrək funksiyasının pozğunluğu olan heyvanlara təyin etmək olmaz.

ƏLAVƏ TƏSİRLƏRİ

Venadaxili təyinat şok reaksiyaları törədə bilər. Dərialtı inyeksiya inəklərdə 10 ml və donuzlarda 2.5 ml-dək limitlənməlidir.

DİGƏR DƏRMAN VƏ MADDƏLƏRLƏ BİRGƏ İSTİFADƏSİ

Makrolidlər, tetrasiklinlər, linkozamid və xloramfenikolla kombinasiya etmək olmaz.

XƏBƏRDARLIQLAR

Dəri ilə təmasdan çəkinmək, qoruyucu əlcəklər geyinmək lazımdır.

DOZA VƏ TƏYİNATI

Əzələdaxili və venadaxili inyeksiya üçündür.

İri buynuzlu heyvanlar, danalar, qoyunlar, keçilər, donuzlar: 1 ml 20-40 kq bədən çəkisinə

Bu doza 3-5 gün ərzində 24 saatdan bir təkrarlana bilər.

XARİC OLMA MÜDDƏTİ

Ət: İri buynuzlu heyvanlar, danalar, qoyunlar, keçilər: 21 gün

Donuzlar: 14 gün

Süd: 4 gün

SAXLANMASI

15°C və 25°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır.

Uşaqların əli çatmayan yerdə saxlayın.

QABLAŞDIRMA

100 ml-lik çoxdozalı flakonlarda (hər qutuda 48 flakon)

İSTEHSALÇI

KEPRO BV (Hollandiya)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img