MƏHSUL

Katovil

Katovil

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Vitamin və Minerallar

Forma və doza

INJ

Əlaqə

Katovil

Tərkibi

Hər ml-in tərkibində 100 mq Butafosfan (17.30 mq Fosfora ekvivalent) və 0,05 mq Vitamin B12 var.

Təyinatı

Katovil məhlulu tonus artıran vasitə və kəskin və xroniki metabolizm pozğuntularını müalicə etmək üçün tənzimləyici kimi aşağıdakı hallarda istifadə olunur:

- Kalsium, fosfor və maqnezium metabolizm pozğuntuları səbəbindən tetaniya və parezlər (kalsium və maqnezium preparatları ilə)

- Yaz ərzində baş verən fosfor çatmamazlığı sindromu

- Qeyri-müntəzəm və az qidalanma, ikincili və parazit anemiya

- Sümük metabolizmi pozğuntuları (raxitizm, osteomalasiya)

- Sümük parçalarında qabarın möhkəmləndirilməsi (Vitamin D preparatları ilə)

- Yenidoğulmuş heyvanlarda: zəiflik, durmaq qabiliyyəti olmayan, inkişaf ləngiməsi, hərəkət pozğuntuları, skelet və oynaq pozğuntuları olan heyvanlar

- Çətin doğuşdan sonra, sağalma dövrü ərzində zəiflik

- Südverən inəklərdə hipofosfatemiya və hipokalsiemiyanın müalicəsi ilə yanaşı

- Atlarda lümbaqonun kalsium müalicəsinə dayaq üçün

- Xronik xəstəliklər və xronik metabolizm pozğuntuları

- Sağlam heyvanlarda (işləyən və yarış heyvanlarında) məhsuldarlığın artırılması və immun sistemin möhkəmləndirilməsi

- İtlərdə və digər heyvanlarda yenidoğulmuşların böyüməsinin dəstəklənməsi

İstifadəsi və dozası

Praktiki doza

İri buynuzlu heyvanlarda, dəvələrdə, atlarda, qoyunlarda, keçilərdə, donuzlarda, pişiklərdə və itlərdə əzələdaxili, dərialtı və venadaxili təyin olunur.

Heyvan növü: Terapevtik doza

İri buynuzlu heyvanlar, dəvələr, atlar 5-25 ml

Danalar, dayçalar 5-12 ml

Qoyunlar, keçilər 2,5-5 ml

Quzular 1,5-2,5 ml

Donuzlar 2,5-10 ml

Çoşkalar 1-2,5 ml

İtlər 0,5-5 ml

Pişiklər 0,5-2,5 ml

Qeyd

Xroniki xəstəliklər zamanı doza iki dəfə azaldılmalıdır.

Buraxılış forması

100 ml-lik flakonlarda buraxılır

Dərman qalıqları xəbərdarlığı

Hədəf heyvanları üçün ət və süddə xaricolma müddəti "0" gündür.

İstifadə olunan heyvanlar

İri buynuzlu heyvanlar, dəvələr, atlar, qoyunlar, keçilər, donuzlar, pişiklər, itlər

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img