MƏHSUL

Han-Prost

Han-Prost

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Hanvet

Alt Kategoriya

Hormonlar

Forma və doza

INJ

Əlaqə

Han-Prost

TƏRKİBİ

Hər ml-in tərkibində var:

Kloprostenol (natrium duzu şəklində) 250 mkq

GÖSTƏRİŞLƏR

İnəklər, atlar:

- Sarı cismin davamlılığı, follikulyar sistlər, piometriumun yanaşı müalicəsi, xronik endometrit səbəbindən hövrənin olmaması və ya aşağı olması.

- Ölü və ya mumiyalaşmış dölün çıxması, arzuolunmaz hamiləlik (hamiləliyin 7-150 günlərində)

- Hamiləliyin 270-ci günündən sonra süni doğuş

- Hövrəyə nəzarət və sinxronizasiya

Donuzlar

- Hamiləliyin 112-ci günündə süni doğuş. Doğuş 18-36 saat ərzində baş verir.

- Hamiləliyin 5-35-ci günündə dayandırılması.

Qoyunlar

- Hövrəyə nəzarət və sinxronizasiya

DOZA VƏ TƏYİNATI

İnəklər:

- Heyvan başına 2 ml əzələdaxili təyin olunur.

- Hövrəyə nəzarət və sinxronizasiya: Cinsi siklin 5-15-ci günlərində 2 ml təyin olunur. Hövrə 48-72 saatdan sonra başlayır. Ehtiyac olarsa 11 gündən sonra inyeksiyanı təkrarlayın.

- Piometrium, endometrit: İnyeksiyadan 18-36 saat sonra iltihab möhtəviyyatı xaric olur və antibiotikoterapiya təyin olunur. Yeni siklin başlanılması üçün 10-14 gün fasilə ilə iki dəfə inyeksiya olunmalıdır.

- Sarı cismin davamlılığı zamanı (rektal palpasiya ilə müəyyən olunmuş) səbəbindən hövrənin olmaması və ya aşağı olması: Han-Prost sarı cismin regressiyasına səbəb olur və 48-72 saat ərzində qızğınlıq başlayır. Əgər qızğınlıq baş verməzsə, birinci inyeksiyadan 11 gündən sonra inyeksiyanı təkrarlayın. Süni mayalanma ikinci inyeksiyadan 72-96 saat sonra həyata keçirilməlidir.

Atlar

- Heyvan başına 1 ml əzələdaxili təyin olunur.

- Qızğınlığa başlama: 14-18 gün fasilə ilə iki dəfə inyeksiya olunur. Ovulyasiya ikinci inyeksiyadan sonra 6-12-ci günlərdə baş verir.

Qoyunlar

- Heyvan başına 1 ml əzələdaxili təyin olunur.

- Qızğınlığa başlama: cinsi siklin 5-ci günündə və sonradan 11 gün sonra inyeksiya olunur. Qızğınlıq 2 gün sonra baş verir.

- Erkən doğuş: hamiləliyin 144-cü günündə 1 doza Han-Prost inyeksiya olunur, xaricolma əzələdaxili təyinatdan 10-18 saat sonra başlayır.

XARİC OLMA MÜDDƏTİ 

- Ət 24 saat

- Süd Yoxdur

SAXLANMA

Sərin, quru, işıqdan qorunmuş yerdə saxlanılmalıdır.

QABLAŞDIRMA

20 və 50 ml-lik flakonlarda 

İSTEHSALÇI

Hanvet (Vyetnam)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img