MƏHSUL

Favetrim

Favetrim

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Hanvet

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

INJ

Əlaqə

Favetrim Oral Suspenziya

Antibakterial Oral Suspenziya

Tərkibi

Hər ml-in tərkibində 400 mq Sulfametaksazol və 80 mq Trimetoprim var.

Təyinatı

Danalarda, quzularda, çəpişlərdə qastrointestinal və sidik-cinsiyyət yolları infeksiyaları, plevropnevmoniya, enzootik pnevmoniya (xüsusən də Pasteurella Haemolitica, Pasteurella Multocida və respirator virus infeksiyaları səbəbindən törədildikdə), yumşaq toxuma infeksiyaları, dırnaq arası və sair yara infeksiyaları zamanı istifadə olunur. Həmçinin broylerlərdə və hind toyuqlarında bakterial diarreya, koliseptisemiya, hava kisəsi infeksiyaları, salpingit, vəba, koriza və stafilokokk infeksiyaları zamanı da istifadə olunur.

İstifadəsi və dozası

Farmakoloji doza

Ev quşları üçün farmakoloji doza diri çəkinin hər kq-a 2,4 mq Trimetoprim və 12 mq Sulfametaksazol təşkil edir. Əlavə olaraq, danalar, quzular və çəpişlər üçün farmakoloji doza diri çəkinin hər kq-a 5 mq Trimetoprim və 25 mq Sulfametaksazol təşkil edir.

Praktiki doza

Favetrim, buzovlar, quzular və çəpişlərə onların işgənbəsinin fəaliyyətə başlamasına qədər oral yolla, broyler və hind toyuqlarına içməli su ilə verilir. Buzovlar, quzular və çəpişlər üçün gündəlik praktiki doza 2 ml/10 kq diri çəkiyədir. Həmçinin ev quşları üçün Favetrim Oral suspeniyanın praktiki dozası 3-6 ml/100 kq çəkiyədir. Gündəlik doza iki bərabər hissədə səhər və axşam təyin olunur.

Buraxılış forması

100 ml, 500 ml və 1 litrlik butulkalar. 

İstifadə olunan heyvanlar

Toyuqlar, Çəpişlər, Quzular, Hind toyuqları, Buzovlar

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img