MƏHSUL

Cythrin-10%

Cythrin-10%

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Montajat-B

Alt Kategoriya

Antiparazitarlar

Forma və doza

INJ

Əlaqə

Cythrin-10% EC

TƏRKİBİ

Hər ml-in tərkibində var:

Sipermetrin – 100 mq

TƏSİR MEXANİZMİ

Sipermetrin yarımsintetik piretroiddir. O, sinir sistemində natriumun neyron daxilinə keçərək onun aktivləşdirən kanallara təsir edir. O, natrium kanallarının bağlanmasının qarşısını alır və bu da nəticədə davamlı sinir impulsları ötürmələri, tremor və nəticədə parazitin məhvinə səbəb olur.

GÖSTƏRİŞLƏR

Cythrin-10% ferma heyvanlarında, atlarda, ev quşlarında və itlərdə gənələrin, birələrin bitlərin, bütün növ milçəklərin müalicəsi və nəzarəti üçün istifadə olunur.

MƏSLƏHƏT GÖRÜLƏN İSTİFADƏSİ

Cythrin-10% sprey və ya çimdirmə şəklində heyvan növündın asılı olaraq aşağıdakı məhlullar məsləhət görülür:

Heyvan növü Məhlul

İri buynuzlu heyvanlar, Camışlar, Atlar və Dəvələr 1.5 ml hər litr suya

Qoyunlar və Keçilər 0.75 ml hər litr suya

Ev quşları (qırmızı gənələr və cücülər) 5 ml hər litr suya

İtlər 1 ml hər litr suya

Heyvan tövlələri və damları 5 ml hər litr suya

XƏBƏRDARLIQLAR

• Uşaqların və heyvanların çata bilmədiyi yerdə saxlanılmalıdır.

• Təsadüfi daxilə qəbul zamanı dərhal tibbi yardım çağırılmalıdır.

• Cythrin-10% istifadəsi zamanı uyğun müdafiə geyimi geyinilməlidir.

• Əllər və bədənin açıq yerləri məhsulun istifadəsindən sonra yaxşı-yaxşı yuyulmalıdır.

• Cythrin-10% istifadəsi zamanı yemək, içmək və ya siqaret çəkmək olmaz.

• Çimdirmə suyu və ya spreyi həmişə müalicə günü hazırlamaq lazımdır.

XARİC OLMA MÜDDƏTİ

Ət: 3 gün

Süd: Yoxdur

SAXLANMASI

30°C-dən aşağı hərarətdə bilavasitə günəş şüaları düşməyən yerdə saxlanılmalıdır. 

İSTEHSALÇI

Montajat (Səudiyyə Ərəbistanı)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img