MƏHSUL

Cloproject

Cloproject

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Kepro

Alt Kategoriya

Hormonlar

Forma və doza

INJ

Əlaqə

Cloproject inj.

TƏRKİBİ

Hər ml-in tərkibində var:

Kloprostenol 250 mkq

TƏSVİRİ

Kloprosetenol iri buynuzlu heyvanlar, atlar və donuzlar üçün sintetik prostoglandindir. Kloprostenol prostaqlandin F2α-nın analoqu olub spesifik lüteolitik təsirə malikdir. O, iri buynuzlu heyvanlarda, atlarda və donuzlarda sarı cismin funksional və morfoloji zəifləməsi, sonradan hövrəgəlmə dönüşü və normal ovulyasiya törədir.

GÖSTƏRİŞLƏR

Cloproject İnj. aşağıdakı hallarda məsləhət görülür və spesifik olaraq istifadə olunur:

- Düyələrdə və inəklərdə qızğınlığın başlanılması və sinxronizasiyası

- Donorda hövrəgəlmə siklinin sinxronizasiyası

- İri buynuzlu heyvanlarda embrion transferi proqramları resipienti

- Yumurtalığın funksional pozğuntularının müalicəsi

- Doğuşdan sonrakı və mayalanmadan sonraklı anestrus

- Qeyri-requlyar və ovulyasiyasız sikl

- Sarı cisim sistası

- Doğuşdan sonra balalıq xəstəliyi

- Piometrit, (endo)metrit

- Normal və ya patoloji hamiləliyin birinci yarısında kəsilməsi

- Follikulyar sistalar, lütein hormonunu azad edən hormonun (LHRH) və ya xorioqonadotropinin təyinatından 10-cu günündən 14-cü gününədək

Atlar:

- Davamlı sarı cisim

Donuzlar:

- Balavermənin başlanğıcı

ƏKS-GÖSTƏRIŞLƏR

Hamilə heyvanlara, əgər hamiləliyin kəsilməsi nəzərdə tutulmamışsa, təyin etmək olmaz. Damar, mədə-bağırsaq və cinsiyyət sistemində pozğuntular olan heyvanlara təyin etmək olmaz.

ƏLAVƏ TƏSİRLƏRİ

Atlarda inyeksiyadan bir az sonra qarın sancmaları, tərləmə, ishal, əsmə və damar dilatasiyası baş verə bilər.

XƏBƏRDARLIQ

Kloprostenol dəridən sorula bilir və buna görə də preparatla işlədikdə, xüsusən hamilə qadınlar və xronik atipik tənəffüs yolları xəstəliyi olan şəxslər ehtiyatla işlətməlidirlər. Kloprostenol insanlarda bronxospazm törədə bilər.

DOZA VƏ TƏYİNATI

Dərin əzələdaxili inyeksiya üçündür.

Əmin olun ki, butulkanın hərarəti müalicə olunan heyvanın bədən hərarəti ilə eynidir. 

Kəskin halların müalicəsi

İri buynuzlu heyvanlar: 2 ml hər heyvan başına

Atlar : 0,5 ml hər heyvan başına

Donuzlar : 0,7 ml hər heyvan başına 

Təkrar müalicə yalnız baytar həkimin məsləhəti ilə ola bilər.

XARİC OLMA MÜDDƏTİ

Ət : 1 gün

Süd : yoxdur

SAXLANMASI

15°C və 25°C.arasında hərarətdə quru, qaranlıq yerdə saxlanılmalıdır. 

Uşaqların əli çatmayan yerdə saxlayın.

QABLAŞDIRMA

10 ml-lik çoxdozalı flakonlarda fərdi karton qutularda (hər ixrac qutusunda 126 flakon)

İSTEHSALÇI

KEPRO BV (Hollandiya)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img