MƏHSUL

Bikarvil

Bikarvil

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Vilsan

Alt Kategoriya

Elektrolitlər

Forma və doza

INJ

Əlaqə

Bikarvil

Perfuziya üçün məhlul

Tərkibi

Hər ml-in tərkibində 84 mq (1mEq/ml) natrium bikarbonat var.

Təyinatı

Bikarvil perfuziya üçün məhlul iri buynuzlu heyvanlarda, dəvələrdə, qoyunlarda, keçilərdə, donuzlarda və itlərdə müxtəlif səbəblərdən əmələ gələ bilən asidozun müalicəsi üçün tətbiq olunur. O, xüsusən karbon dioksidin orqanizmdə toplanması ilə əlaqədar respirator asidoz, metabolik pozğuntular ilə əlaqədar turşu metabolitlərin orqanizmdə toplanması ilə əlaqədar metabolik asidoz və hidrogen ionlarının böyrəkdən süzülməsinin zəifləməsi ilə əlaqədar renal asidoz zamanı təyin olunur.

İstifadəsi və dozası

Praktiki doza

Asidozun və ümuni CO2 səviyyəsindən, qanın PH-dan və klinik vəziyyətdən asılı olaraq 4-8 saat ərzində təqribən 2-5 mEq/kq (və ya 2-5 ml/kq) bədən çəkisinə təyin olunur. CO2 səviyyəsi məlum deyilsə, təqribi 2 ml/kq bədən çəkisinə təyin olunur.

O, yavaş sürətlə venadaxili təyin olunur.

Buraxılış forması

100 ml-lik flakonlar 

Xaric olma müddəti

Hədəf heyvanlarında ət və süd üçün xaricolma müddəti 0 gündür.

İstifadə olunan heyvanlar

İri buynuzlu heyvanlar, Dəvələr, Atlar, Qoyunlar, Keçilər, Donuzlar, İtlər 

İstehsalçı

“Vilsan” (Türkiyə)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img